“Bu metrostansiyaya kütləvi girişə polis icazə verməyəcək" - GENERAL

Bakıda keçiriləcək I Avropa Oyunları zamanı sıxlıq yaranmasın deyə polis gücləndirilmiş iş rejimində çalışacaq. Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov "Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin iclasında bildirib. Onun sözlərinə görə, ictimai nəqliyyatda, əsasən də metroda sıxlığın qarşısını almaq üçün polis əməkdaşları növbə çəkəcəklər. “Bakı Olimpiya Stadionu ilə “Koroğu” metrostansiyası arasında təxmini 1200 metrə qədər məsafə var. Bu məsafəyə yol boyu polis nəzarət edəcək. Əgər sərnişin axını çox olarsa, sərnişinlər müəyyən yerlərdə saxlanılacaq. Metroya qədər insanların kütləvi şəkildə getməsinə imkan verilməyəcək”, - deyə Səhlab Bağırov bildirib.
Qeyd edək ki, iyunun 12-dən 28-dək Bakıda keçiriləcək "Bakı-2015" Avropa Oyunlarının açılışına hazırlıq məqsədi ilə 9 mayda Olimpiya Stadionunda 15 min tamaşaçının iştirakı ilə sınaq tədbirinin keçirilməsi nəzərdə tutulur. Polis həmin tədbirdə də təhlükəsizliyin yüksək səviyyədə qorunması üçün nəzarət tədbirləri keçirəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












