Bulvarda yeni qatar xətti işə düşdü

Bakı bulvarında aparılan əsaslı təmir-tikinti işlərindən sonra genişləndirilərək ərazisi 16 kilometrə çatıb. Avtosfer.az xəbər verir ki, bu barədə Dənizkənarı Bulvar İdarəsindən fins.az-a bildirilib ki, tikintisi artıq başa çatdırılmış Bakı Ağ Şəhər bulvarında basketbol, voleybol və iki futbol meydançası istifadəyə verilib.
Ümumilikdə isə burada dörd yeni meydança və açıq trenajor meydançası fəaliyyət göstərir. Paytaxt sakinləri və qonaqlar 16 kilometr sahəsi olan Bakı Ağ Şəhər bulvarındakı “Bulvar Hotel”dən başlayaraq Baku Crystal Hall və onun ətrafı da daxil olmaqla, Bayıl bulvarının sonunadək olan ərazidə istirahət edə bilərlər.
Bundan əlavə, bulvarda qatarların hərəkəti üçün daha bir marşrut xətti istifadəyə verilib. Qatarlar yeni marşrut xətti üzrə Bakı Ağ Şəhər bulvarındakı “Bulvar Hoteli”nin qarşısından Su İdman Sarayına qədər olan ərazidə 14 dayanacaqda dayanmaqla hərəkət edir. Bu marşrut üzrə hərəkət edən qatarlara minən şəxslər əlavə qatara minmədən bütün bulvar ərazisini görə bilirlər.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












