Burada dairəyə daxil olmadan geriyə dönə bilərsiz - VİDEO

Bakı şəhərində nəqliyyatın hərəkətinin normallaşdırılması üzrə əlavə tədbirlər barədə Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 2015-ci il 30 iyun tarixli, 1 nömrəli protokoluna əsasən, nəqliyyat sıxlığını aradan qaldırmaq və nəqliyyat vasitələrinin rahat, maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədi ilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən işlər davam etdirilir. Qurumdan Avtosfer.az-a verilən məlumata görə, Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən dairədə nəqliyyat sıxlığının qarşısını almaq məqsədi ilə yeni yol hissəsi salınıb. Artıq avtonəqliyyat vasitələri dairəyə daxil olmadan yeni yol hissəsindən istifadə etməklə geriyə dönmə əməliyyatını yerinə yetirərək, hərəkətlərini davam etdirə bilərlər. Bundan öncə isə geri dönmə əməliyatını həyata keçirmək üçün nəqliyyat vasitələri dairəyə daxil olurdular, digər istiqamətlərdən də bura nəqliyyat hərəkəti olduğu üçün günün pik saatlarında sözügedən ərazidə “tıxac” yaranırdı. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən atılmış məqsədyönlü addımlar ərazidə nəqliyyat sıxlığının azalmasına müsbət təsir edib.
Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində salınan yeni yol hissəsinin uzunluğu 33 metr, eni isə 11.5 metrdir. Yeni yol hissəsinin salınması ilə paralel olaraq, ərazidə təmir-tikinti işləri də həyata keçirilib. Babək prospektinin dairəyə düşən və dairədən qalxan istiqamətlərində köhnə asfalt-beton örtüyü yenisi ilə əvəzlənib. Ümumilikdə yeni yol hissəsi də daxil olmaqla ərazinin 4800 kvadrat metr sahəsinə yeni asfalt-beton örtüyü döşənib.
Təmir-tikinti işləri çərçivəsində əraziyə 535 paqon metr yeni səki daşı düzülüb, səkilər, dairənin üstü və yol ötürücüsünün alt hissəsi abadlaşdırılaraq, asfaltlanıb. Qeyd olunan ərazilərin ümumilikdə 3900 kvadrat metr sahəsi asfaltlanıb. Zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolun hərəkət hissəsinə üfiqi nişanlanma xətləri çəkilib. Bununla da sözügedən ərazidə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən həm piyadaların, həm də avtonəqliyyat vasitələrinin rahat və maneəsiz hərəkəti təmin olunub.
Anoloji işlərin Xətai və Heydər Əliyev prospektlərinin kəsişməsində yerləşən yol ötürücüsünün alt hissəsində də görülməsi nəzərdə tutulub.
Elmin
“Xaliq Faiqoğlu” 77 saylı xəttin avtobuslarını yenilədi - VİDEO
Murovdağ tuneli Azərbaycanın nəqliyyat xəritəsini dəyişəcək – EKSPERT
Bulvarda elektrikli faytonlarla gəzintilər təşkil olunur - Qiyməti 40 manatdır - VİDEO
Bakının bu küçəsində hərəkət qaydası dəyişdi - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
“Koroğlu” istiqamətində cərimələnə bilərsiz - Sürücülərin diqqətinə! - VİDEO
“Koroğlu”da yeni hərəkət zolağı yaradılır - FOTO
Qaydaları pozan taksi sürücüləri DRONLARLA İZLƏNİLİR - Qəfil yoxlamalar keçirilir
Taksilərlə bağlı YENİLİK - ARTIQ BU CÜR OLACAQ
Sürücülərin diqqətinə! - Qayda dəyişdi; bundan sonra belə olacaq
Bakıda tıxacları azaldacaq YENİ AVTOMOBİL YOLU çəkilir - VİDEO
“Nərimanov”da avtobuslar üçün mübadilə mərkəzi yaradılır - FOTOLAR














