Cavid Qurbanov qiymətləri aşağı saldı - Dəmiryolunda biletlər ucuzlaşdı

Üç şəhərə gedən qatarların biletləri ucuzlaşıb. Bakı-Moskva-Bakı və Bakı-Xarkov-Bakı sərnişin qatarında gedişhaqqı tarifləri aşaği salınıb. Bu yaxınlarda isə bu tendensiya Gürcüstana gedən qatarlarda da müşahidə olunacaq. Əvvəllər 217 manat 31 qəpiyə başa gələn Bakıdan Moskvaya kupe vaqonda səyahət artıq 141 manat 44 qəpikdir. Bakı-Xarkov sərnişin qatarına da biletlərin qiyməti 176 manat 20 qəpikdən, 114 manat 53 qəpiyə düşüb.
Beynəlxalq sərnişin daşımalarında artım Rusiya, Ukrayna və Gürcüstanda milli valyutanın dəyər itirməsinə görə baş vermişdi. Aparılan danışıqlar nəticəsində tariflərin 35 faiz aşağı salınmasına qərar verilib.
Mart ayından etibarən Bakı-Tbilisi-Bakı sərnişin qatarı üzrə Azərbaycan Dəmir Yolunun ərazisində gediş haqqı tarifləri aşağı salınıb. Hər iki istiqamət üzrə isə tariflərin bərabərləşdirilməsi üzrə razılaşma əldə olunub. SV vaqon üzrə Bakıdan-Tiblisiyə bir nəfər üçün gediş haqqının qiyməti 51 manatdır. mia.az
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












