Daha bir ikimərtəbəli qatar Bakıdadır – YENİLƏNİB

İsveçrənin “Stadler Rail Group” şirkətindən alınan 5 ikimərtəbəli qatardan 3-ü artıq Bakıdadır.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC- nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
19.08.2015, 15:38
İsveçrənin “Stadler Rail Group” şirkətindən alınan 5 ikimərtəbəli qatardan 3-sü bu gün Bakıya gələcək.
Avtosfer.az xəbər verir ki, bu barədə oxu.az-a “Azərbaycan Dəmir Yolları” QSC-nın mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, qatar artıq sərhədi keçib, axşam saatlarında Bakıda olacaq.
N.Əzməmmədov bildirib ki, bu qatarlar sentyabrın 15-də istifadəyə verilməsi planlaşdırılan Bakı-Sumqayıt xətti üzrə xəttə buraxılacaq.
“Qalan iki ikimərtəbəli qatarlar isə ilin sonuna kimi Azərbaycana gətiriləcək” - deyə, N. Əzməmmədov qeyd edib.
Bundan əlavə, qurumun mətbuat xidmətinin rəhbəri bildirib ki, Qazaxıstandan Azərbaycana yük qatarı üçün yeni teplovoz gətirilib:
“Qalan 9-u isə ilin sonuna kimi ölkəyə gətiriləcək”.
Qeyd edək ki, bu teplovozlar Qazaxıstan-ABŞ birgə istehsalıdır. ABŞ-ın “General Motors” (GM) şirkətinin sifarişi əsasında Qazaxıstanda yığılıb. Bir teplovozun gücü 3 min 500 at gücünə bərabərdir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












