Daha bir ikimərtəbəli sərnişin qatarı gətirildi

Nəqliyyat Nazirliyi yanında “Azərbaycan Dəmir Yolları” QSC-nin İsveçrənin “Stadler Rail Group” şirkətindən aldığı “KİSS” markalı, 5 ikimərtəbəli elektrik qatarından daha biri Bakıya gətirilib. Avtosfer.az bu barədə QSC-yə istinadən xəbər verir.
Xatırladaq ki, ilk bu tipli qatar Bakıya mayın 30-da çatdırılmışdı. Qalan 3 qatarın isə bu ilin sonuna qədər Azərbaycana gətirilməsi nəzərdə tutulub.
Bakıda olan 2 yeni qatar sınaq məqsədi ilə Kürdəmir rayonuna qədər hərəkət edərək geri qayıdıb. Gələn həftədən onlar Bakı Dəmir Yolu Vağzalı ilə metronun “Koroğlu” stansiyasına qədər olan marşrut üzrə hərəkətdə olacaqlar.
Qatarların alınması üzrə saziş bu il mayın 13-də Bakıda keçirilən “TransCaspian-2015” Beynəlxalq nəqliyyat, tranzit və logistika sərgisi çərçivəsində imzalanıb.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












