Dayanacaqlarda “Wi-Fi” quraşdırılacaq- Aprel-may aylarında

«Hesab edirəm ki, mart ayının sonuna qədər avtobuslarda ödənişlərin kart vasitəsilə edilməsi üçün bütün işlər yekunlaşacaq”. Avtosfer.az xəbər verir ki, bunu Nəqliyyat Nazirliyinin katiblik rəisi Namiq Həsənov ictnews.az-a ictimai nəqliyyatda nağd ödəniş sisteminin nə vaxt ləğv ediləcəyinə aydınlıq gətirərkən deyib. Dayanacaqlarda “Wi-Fi” sisteminin quraşdırılmasına gəlincə, nazirlik rəsmisi qeyd edib ki, bunun üçün hələ tezdir: “Çox güman ki, dayanacaqlarda “Wi-Fi” quraşdırılması aprel-may aylarında reallaşdırılacaq. Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzi tərəfindən idarə olunacaq “Wi-Fi” sistemi dünya standartlarına cavab verəcək və yüksək sürətli olacaq. Avropa Oyunları başa çatdıqdan sonra da vətəndaşların dayanacaqlardakı “Wi-Fi” sistemindən istifadəsi istisna edilmir".
N.Həsənovun sözlərinə görə “Bakı 2015” Avropa Oyunları üçün nəzərdə tutulmuş yeni avtobusların gətirilməsi məsələsində hər hansı problem olmayacaq: “Manatın devalvasiyası bu məsələlərdə hər hansı çətinlik yaratmır. Avtobuslar gətirilib və gətirilməkdə də davam edəcək. Hansı istiqamətlərdə zərurət olduğunu aydınlaşdırırıq. Belə istiqamətlər müəyyənləşdikcə və zərurət yarandıqca yeni avtobusların alınması davam etdirilir”.
Bakı üçün ilkin mərhələdə Fransa istehsalı olan 302 ədəd avtobus alınıb. Bunlar “Mercedes” markalı mikroavtobuslar və “İVECO” markalı iritutumlu avtobuslardır. Yeni avtobuslar Avropa Oyunlarına gələcək yüksəksəviyyəli qonaqların daşınması üçündür.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












