Dəmir Yolları qatarlara əlavə vaqonlar qoşacaq

"Azərbaycan Dəmir Yolları" QSC yeni dərs ilinin başlanmasınə 2-3 gün qalmış yerli istiqamətlərdə hərəkət edən qatarlara əlavə vaqonlar qoşacaq. Bu barədə anspress-ə QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov məlumat verib. Onun sözlərinə görə, hazırda QSC yeni dərs ilinin başlanması ilə əlaqədar sərnişin axınının artmasına hazırlıq görür. "Sərnişin axınının çoxalması ilə əlaqədar regionlardan Bakıya və əks istiqamətdə hərəkət edən bütün reyslər üzrə qatarlara əlavə vaqonların qoşulması planlaşdırılır".
Artıq 20-ə qədər vaqon gediş-gəliş üçün texniki cəhətdən yoxlanılıb və hazır vəziyyət gətirilib. Nadir Əzməmədovun sözlərinə görə biletlər 10 gün əvvəldən satıldığı üçün artımın olduğunu əvəlcədən hiss olunur. Buna görə də bilet satışında da problem yaşanmayacaq. Beynəlxalq reyslərə əlavə vaqonların qoşulması isə nəzərdə tutulmur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












