Dünyanı qorxudan yeni tank - FOTO

Almaniyanın "Stern" qəzetində hələlik dünyanın heç bir ölkəsində olmayan Rusiyanın yeni "Armata T-14" tankı haqqında məqalə dərc olunub. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, yazıda deyilir ki, SSRİ-nin dağılmasından sonra Rusiya silah istehsalında real innovasiyalara üstünlük verməklə sürətlə irəliləyir. Yeni silahlardan biri də "Armata T-14" tankıdır ki, ilk dəfə Moskvada Qələbə paradında nümayiş olunması gözlənilir. Tamamilə yeni əsaslarda yaradılan döyüş tankı dünya ordularının əksəriyyəti üçün nadir hadisədir. Almaniyanın Leopard-2 tankı 35 ildən çoxdur yaradılıb, Amerikanın "M1 Abrams" tankının da təxminən eyni yaşa sahibdir. Qərb hərbi texnikasının mövcud modellərində bir sıra yeniliklər var, ancaq onların baza konstruksiyası köhnə olaraq qalır.
Qəzet yazır ki, "Armata" SSRİ-nin dağılmasından sonra Rusiya hərbi bazasında ilk müasir texniki gücü təcəssüm etdirir. T-14-ün əsas üstünlüyü 120 millimetr yivsiz lüləli topu ilə təchiz edilib və beləliklə, xarakteristikasına görə dünyada ən yaxşı Leopard-2 tankında qurulmuş topu qabaqlayır. Yeni tankın ən böyük prinsipial fərqi ondadır ki, ekipaj üzvlərindən heç birinin təhlükəyə məruz qalma ehtimalı yoxdur. Ekipajın iki və ya üç üzvü tankın qabaq hissəsində xüsusi qorunmuş kapsulda yerləşəcəklər və bununla da komanda heyəti dünyanın başqa tanklarındakından daha yaxşı qorunacaq.
"Stern" yazır ki, tankın idarə olunması tamamilə distant rejimdə həyata keçirilir. Bunun üçün onun korpusunda yüksək ayırdetmə dəqiqliyinə malik bir neçə videokamera qurulub. Bir sözlə, "Armata"da Rusiya tankqayırma sənayesinin manevretmə və sürətlə bağlı klassik nailiyyətlərindən istifadə edilib.
Ural vaqon zavodu ildə təqribən 500 belə tank istehsal etmək gücündədir.
Bakıda iki parkın kəsişməsində yeni piyada işıqforları quraşdırılıb - VİDEO
Zabrat-Kürdəxanı şosesində səsli svetoforlar quraşdırıldı - VİDEO
Sürət həddini aşan avtomobillərin mühərrik gücü azaldılacaq? – RƏSMİ
Şəhərətrafı yollarda diqqət çəkən piyada problemi – FOTO
Bakıda üç yeni körpü inşa edilir – VİDEO
Şuşadakı abidələrin korlanması qadağan edildi
İlham Əliyev QANUN İMZALADI
Bu sürücülər üçün yeni rüsumlar QƏBUL OLUNDU
Sürücülük vəsiqəsi almaq istəyənlər üçün VACİB DƏYİŞİKLİK
Bakıda yeni minib-düşmə yerləri və taksi duracaqları təşkil olundu - ÜNVANLAR
Bakı küçələrinin səkilərində hansı dəyişikliklər ediləcək? - FOTO











