DYP-dən Bakı sakinlərinə gecə tövsiyyəsi

Bakıda Avropa Oyunlarının keçirilməsilə əlaqədar nəzarət gücləndiriləcək. Avtosfer.az xbərə verir ki, Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədovun anspress-ə verdiyi məlumata görə, iştirakçıların təhlükəsizlik tədbirlərinin gücləndirilməsi üçün bir çox ərazilərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Yol polisi bildirib ki, bunun üçün bir çox işlərin gecə saatlarında görülməsi üçün xüsusi tədbirlər həyata keçiriləcək.
“Paytaxtın inzibati ərazisindəki 9 məntəqə və lazımı yollar, onlarla kəsişən küçələrdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq. Bunları nəzərə alaraq, vətəndaşlara Avropa Oyunları zamanı şəxsi avtomobillərindən istifadə etməməyi tövsiyyə edirik. Vətəndaşların rahatlığını təmin etmək üçün xüsusi müasir avtobuslar xidmətə buraxılacaq. Onlardan səmərəli istifadə olunmalıdır”, - deyə Vaqif Əsədov bildirib.
Onun sözlərinə görə, həmin dövrdə təmir bərpa işlərinin, kommunal təsərrüfat işlərinin görülməsi ancaq gecə saatlarda reallaşa biləcək. Gündüzlər bu işlərə qadağa qoyulacaq.
“Apteklərə dərman lavazımatlarının paylanması, ərzaq dükanlarına malların verilməsi də yalnız gecə saatlarında olacaq. Həm dükan sahiblərinə, həm topdansatış mərkəzlərinn rəhbərlərinə, həm də istehsalçılara tapşırılacaq ki, məhsulların daşınmasını yalnız gecə saatlarında həyata keçirsinlər”.
Qurum rəsmisi bildirib ki, bir çox şirkətlərə xüsusi tövsiyyələr veriləcək: “Özəl şirkətlərin rəhbərlərilə də əlaqə saxlanılacaq ki, mümkün dərəcədə həmin vaxt işçiləri məzuniyyətə, yaxud ezamiyyətə göndərsinlər. Yük daşınması ilə məşğul olanlar da, çalışıb işlərini həmin günlərə qədər yekunlaşdırsınlar. Əslində bizim beynəlxalq tədbir keçirmək təcrübəmiz var. İnanıram ki, bu dəfəki tədbirdə də, üzümüz ağ olacaq”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












