Ekspress avtobuslar bu ünvanlarda dayanacaq – ÜNVANLAR

Bakıda ekspress avtobusların xidmət göstərəcəyi və dayanacağı ünvanlar müəyyənləşdirilib.
Avtosfer.az anspress-ə istinadən xəbər verir ki, Avropa Oyunları ərəfəsində və yarış günlərində xüsusi ünvanlarda dayanan ekspres avtobuslar oyunlar keçirilən ərazilərə gedəcək.
Ekspress avtobuslara metronun “Nizami”, “28 may”, “Gənclik”, “Koroğlu”, “Elmlər Akademiyası” və “20 yanvar” stansiyalarının yaxınlığındakı dayanacaqlarda minmək olar.
Qeyd edək ki, Avropa Oyunları keçirilən ərazilərdə xidmət göstərmək üçün Bakıya 300 ədəd “İVECO” markalı sərnişin avtobusu gətirilib.
Yeni avtobuslar Avropa standartlarına tam cavab verir.
Həmin avtobuslar Nəqliyat Nazirliyi, Bakı şəhər İcra Hakimiyyəti və “Bakıbus” şirkəti tərəfindən gətirilib. Avtobuslarda sərnişinlərin rahatlığı üçün lazım olan bütün vasitələrlə təchiz olunub. Avtobusda kondisioner, havalandırma, soyutma və istiləşdirmə sistemləri var.
Yeni avtobuslardan əlillər də istifadə edə biləcək.
Həmin avtobusları idarə etmək çün xüsusi geyimli sürücülər ayrılıb. Sürücülər xarici dil kursları keçiblər. Onlar paytaxtın bütün ərazilərini yaxşı tanıyır və təcrübəli sürücülərdir.




Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












