“Elmlər Akademiyası”nın 2-ci çıxışı nə vaxt açılacaq?

Metronun "Elmlər Akademiyası" stansiyasının ikinci giriş-çıxışının inşa olunduğu sahədə tikinti işləri sürətli templərlə davam etdirilir. Avtosfer.az Bakı Metropoliteni" QSC-nin saytına istinadən xəbər verir ki, artıq tikintinin yerüstü sahəsinin abadlaşdırılmasına hazırlıq işləri də başlayıb. Bu məqsədlə sahədə müvəqqəti və köməkçi tikililərin söküntüsü aparılır.
Qeyd edək ki, bu istiqamətdə stansiyanın 4 giriş-çıxışı inşa olunub. Onlardan ikisi İnformasiya Texnologiyaları və Radiasiya institutları istiqamətində bir-birinə əks qütblərdə yerləşəcək, daha biri Milli Elmlər Akademiyası Mərkəzi Kitabxanasının yeni binası ilə Akademiya bağı istiqamətində olacaq. Sonuncusu isə Bakı Dövlət Universiteti istiqamətindədir. Yerüstü abadlaşdırma işlərinə paralel olaraq giriş-çıxışlar üzərində müasir dekorativ-memarlıq elementli konstruksiya quraşdırılacaq.
Hərəsində iki eskalator olmaqla iki giriş-çıxışda müasir eskalatorlar quraşdırılıb, onların pilləkən marşları ilə divarların üzlənməsi aparılır. Keçidlərdə eskalatorlar, əsasən, hazırdır və yekun sazlama ərəfəsindədir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












