Evakuasiya barədə sürücülərə SMS-lə məlumat veriləcək? - Açıqlama - VİDEO

Əvvəlcə SMS-lə xəbər verirlər ki, zəhmət olmasa gəlin qadağan olunmuş yerdə park etdiyinizi maşını götürün.Yoxsa 10 dəqiqə sonra onu evakuatorla götürmək məcburiyyətində qalacıq.Evakuasiya xidməti üçün nəzərdə tutulan bu yeniliyin rusiyada tətbiq olunması planlaşdırılır. Avtosfer.az xəbər verir ki, “Xəzər Xəbər” bu yeniliyin Azərbaycanda tətbiq imkanlarını araşdırıb. Qadağan işarəsi ola-ola həmin yerdə avtomobil saxlayanlarla yol polisi, eləcə də evakuasiya xidməti arasında tez-tez mübahisələr yaşanır. Artıq qonşu Rusiyada problemin həlli üçün mühüm bir layihə üzərində iş gedir.
Hazırda Azərbaycan qanunvericiliyinə görə evakuasiya xidməti üçün öncə yol polisi avtomobilə yaxınlaşmalı, 3 dəfə səsgücləndirici vasitə ilə avtomobilin nömrəsini deməklə sürücünü maşını götürməyə dəvət etməlidir. Bundan sonra hansısa hərəkətsizlik olarsa yol polisinə evakuasiya xidmətini çağıraraq maşını götürməyə icazə verilir. Sürücülər isə qadağan olunmuş yerdə saxlamağa görə 20 manat, evakuasiya xidməti üçün də 20 manat olmaqla 40 manat pul ödəməli olurlar.
Baş Dövlət Yol Polisi idarəsininin şöbə müdiri Kamran Əliyev bildirir ki, Azərbaycanda da sürücülərin SMS-lə məlumatlandırma sistemi üzərində işlər gedir.Amma bu məlumatlandırma avtomobilin götürülməsi ilə bağlı sürücününü xəbərdar edilməsi yox, avtomobil evakuasiya edildikdən sonra onun hansı dayancağa aparıldığının sürücüyə bildirilməsi ilə bağlı olacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












