«Formula 1»də Azərbaycan komandası – Bakı gecə yarışlarına hazırlaşır

Gələn il Bakıda “Formula 1”in debut yarışları keçiriləcək. Anspress “F1news.ru” saytına istinadən bildirir ki, bu gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Nazirin sözlərinə görə, hökumət layihədə fəal iştirak etmək və gənc pilotları dəstəkləmək fikrindədir. Nazir gələcəkdə Azərbaycanın milli komandasının olacağını da istisna etməyib. “Biz istəyirik ki, yarışlar Azərbaycan bayrağı altında keçirilsin, yarışda Azərbaycan komandası və bizim sponsorlar iştirak etsin. Biz bu potensialı görürük. Müəyyən müddətdən sonra bizim ölkənin “Formula 1”in iştirakçısı olması maraqlı olardı”,- deyə Azad Rəhimov vurğulayıb. Nazir istisna etməyib ki, Bakıda yarışlar gecə keçirilə bilər. 2016-cı il Qran Prisindən danışan Rəhimov vurğulayıb ki, Bakıya 11 min xarici azarkeşin gəlişi gözlənilir. Yarışların neçəyə başa gəlməsi barədə danışan Rəhimov bildirib ki, bu kommersiya sirridir. Amma bununla belə o bildirib ki, debüt Qran Prisinin xərcləri 66-86 milyon dollar arasında dəyişəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












