Girdiman çayı üzərində körpü tikiləcək

Hacıqabul-Kürdəmir avtomobil yoluna iki zolaq əlavə edilməklə I texniki dərəcəli təkmilləşdirilmə layihəsi çərçivəsində son tamamlanma işləri həyata keçirilir. Bakı-Qazax-Gürcüstan sərhədi yolunun tərkib hissəsi olan layihə mövcud 120-ci km-dən başlayıb 200-cü km-də başa çatır. Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Avtosfer.az-a verilən xəbərə görə, ümumi uzunluğu 80 km olan yeni yolda torpaq yatağının eni 27,5 metr, 2 zolaq əlavə edilməklə hərəkət zolağının sayı 4, hərəkət zolağının eni isə 3,75 metrdir. Yol örtüyü polimer asfalt-betondur. Yeni yolda asfalt-beton örtüyünün döşənməsi işləri də bitmək üzrədir.
Artıq layihə üzrə yeni yolda 160-a yaxın müxtəlif diametrli suötürücü borunun və 15 alt keçidin tikintisi işləri yekunlaşıb. Mövcud 2 hərəkət zolaqlı avtomobil yoluna paralel tikilən yeni 2 hərəkət zolaqlı yolda 5 ədəd yol qovşağı və Girdiman çayı üzərində körpünün də tikilməsi nəzərdə tutulub. Bu çərçivədə isə işlər davam etdirilir. Yol qovşaqlarında işlər bitib, hazırda yanaşma yollarında işlər yerinə yetirilir. Artıq ümumilikdə işlərin icrası 89 faiz təşkil edir.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












