Gürcüstanla gömrükdə yenilik olacaq

Tbilisi şəhərində, Gürcüstan Respublikası Maliyyə Nazirliyinin Gəlirlər Xidmətində Azərbaycan və Gürcüstan gömrük xidmətlərinin nümayəndə heyətlərinin görüşü keçirilib. Komitənin mətbuat xidmətindən verilən məlumata görə, görüşdə Azərbaycan və Gürcüstan arasında iqtisadi, siyasi və mədəni əlaqələrin hazırkı durumu yüksək qiymətləndirilib, iqtisadi əlaqələrdə gömrük orqanlarının da üzərinə mühüm vəzifələrin düşdüyü qeyd olunub. Görüş zamanı iki ölkənin müvafiq qurumları arasında qarşılıqlı əməkdaşlığın daha da genişləndirilməsinin zəruriliyi və təcrübə mübadiləsinin ümumi işə faydasıvurğulanıb.
Sonra Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi və Gürcüstan Respublikası Maliyyə Nazirliyinin Gəlirlər Xidməti arasında “Məlumat mübadilə sistemi üzrə texniki təminat sənədi” imzalanıb.
Sənədi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Fəaliyyətin Qiymətləndirilməsi və İnkişaf Proqramları Baş İdarəsinin rəisi İqbal Babayev və Gürcüstan Respublikası Maliyyə Nazirliyinin Gəlirlər Xidməti İnformasiya Texnologiyaları Mərkəzinin sədrinin müavini Givi Murvanidze imzalayıb.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan hökümətləri arasındakı “Gömrük işi üzrə inzibati yardım” müqaviləsinə əsasən imzalanan sənədin məqsədi iki ölkə arasında ticarətin asanlaşdırılmasına töhfə vermək, mallar və nəqliyyat vasitələri barədə ilkin məlumat mübadiləsinin həyata keçirilməsini təmin etməkdir.
Fidan
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












