Heydər Əliyev prospekti yeni görkəmdə açıldı - FOTO

I Avropa Oyunlarına hazırlıq dövründə müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir. Avtosfer.az xəbər verir ki, bu barədə “Azəryolservis” ASC-dən verilən məlumata görə, artıq Heydər Əliyev prospekti əsas yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Yolda yeni asfalt-beton örtüyü salınıb, ayırıcı zolaqlarda səki daşları qoyulub, tamet daşları döşənib, işıq dirəkləri rənglənib. Həmçinin zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya quyularının dəmir-beton plitələri və baxış qapaqları dəyişdirilib. Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də yenidənqurma işləri həyata keçirilir. Keçidin üzlüyü yenilənir, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilir.
Hazırda Heydər Əliyev prospekti yan yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsi təmir işləri ilə əlaqədar nəqliyyat vasitələri üçün bağlıdır. Yan yolda da anoloji işlər həyata keçirilir. Yolun asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənir, səki daşları dəyişdirilir, səkilərə tamet daşları döşənir, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulur, yeni yağış barmaqlıqları yerləşdirilir, yolun kənarında yaşıllıq zonası salınır. Qeyd edək ki, əvvəllər yaşıllıq zonası suvarılarkən həmin suyun axıdılması üçün sistem yox idi. Hazırda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yaşıllıq zonalarında bu sistem də qurulur.
Təmirə bağlanmış yolda işlərin tez bir zamanda başa çatdırılması üçün bütün qüvvələr səfərbər olunub. Heydər Əliyev prospekti yan yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində işlərin yaxın günlər ərzində yekunlaşdırılması nəzərdə tutulub. Bundan sonra isə Heydər Əliyev prospektinin digər yan yolu, Ekologiya və Təbii Sərvətlər nazirliyi Hidrometereoloji Proqnozlar Bürosunun yerləşdiyi binanın yanından Koroğlu metrostansiyasına qədər olan hissə təmir işlərinin aparılması məqsədilə nəqliyyat vasitələri üçün bağlanacaq.
Qeyd edək ki, həyata keçirilən təmir və abadlıq işlərindən sonra Heydər Əliyev prospektinin görkəmi tamamilə dəyişəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq

















