Heydər Əliyev prospektində yan yol açıldı - FOTO

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən Heydər Əliyev prospekti yan yolun Böyükşor yol qovşağından Heydər Əliyev mərkəzinə qədər olan hissəsində həyata keçirilən kompleks tədbirlər artıq yekunlaşıb və yol tam olaraq nəqliyyat vasitələrinin hərəkləti üçün açılıb. Heydər Əliyev prospekti yan yol tam yeni görkəmdə sürücülərin ixtiyarına verilib. Belə ki, yolun asfalt-beton örtüyünün üst qatı qaşınaraq yenisi ilə əvəzlənib, səki daşları dəyişdirilib, səkilərə tamet daşları döşənib, zəruri olan ərazilərdə səth sularının normal kənarlaşdırılması üçün yağış kanalizasiya sistemi qurulub, yeni yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri və üst qapaqları dəyişdirilib, yolun kənarında yaşıllıq zonası salınıb. Qeyd edək ki, əvvəllər yaşıllıq zonası suvarılarkən həmin suyun axıdılması üçün sistem yox idi. Hazırda Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən yaşıllıq zonalarında bu sistem də qurulub.
Sabah axşamdan etibarən isə Heydər Əliyev prospekti digər yan yol, Hidrometereoloji Proqnozlar bürosunun yerləşdiyi binanın qarşısından “Koroğlu” metrostansiyasına qədər olan hissəsi aparılacaq təmir-tikinti işləri ilə bağlı tam olaraq bağlanacaq və burda nəqliyyat vasitələrinin hərəkəti tam olaraq məhdudlaşdırılacaq.
Qeyd edək ki, Heydər Əliyev prospektində yerləşən yerüstü piyada keçidində də yenidənqurma işləri həyata keçirilir. Keçidin üzlüyü yenilənir, piyadaların rahat şəkildə hərəkəti üçün eskalatorların istiqaməti dəyişdirilib.
Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunlarında müəyyən edilmiş marşrut üzrə yol şəbəkəsinin yaxşılaşdırılması məqsədilə nəzərdə tutulan tikinti və təmir işləri sürətlə davam etdirilir. Bütün növ çatışmayan yol nişanları, göstərici lövhələr quraşdırılır və nişanlama xətlərin çəkilməsi işi aparılır. Bütün işlər tərtib olunmuş qrafik üzrə həyata keçirilir.
Emin
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















