"Honda" biznesmenlər üçün təyyarə istehsal edəcək

Yaponiyanın tanınmış avtomobil brendi istehsal tarixində ilkə imza atıb. Avtosfer.az “report”a istinadən verdiyi xəbərə görə, "Honda" şirkəti biznesmenlər üçün xüsusi olaraq istehsal etdiyi özəl "HondaJet" təyyarəsini satışa çıxarıb.
Təyyarənin hazırlanması ilə məşğul olan "Honda Aircraft" şirkəti biznes sinif təyyarələrini yeni mərhələyə yüksəldərək daha rahat standartlar əldə etməyə çalışır. Təyyarə əhəmiyyətli dərəcədə azaldılmış yanacaq sərfinə malik sakit mühərriklə daha qənaətcil olub, maksimum sürəti isə 780 km/saata çatır.
Müasir pilot kabinəsi sensorlu idarəetmə, 14-lük ekran və "Garmin G3000" avionika paketi ilə təchiz olunub. Təyyarənin eksteryeri dikdaban ayaqqabılardan ilhamlanaraq yaradılıb. Xarici görünüşü "GE Honda HF120" turboventilyatorları tamamlayır.
Kompakt "HondaJet"in 13 sərgidə nümayiş olunacağı və bu sərgilərə uçaraq sərbəst şəkildə gedəcəyi gözlənilir. Təxminən 4,5 mln. dollardan başlayan qiymətlə satışa çıxarılan "Jet" üçün artıq 100-ə yaxın sifariş daxil olub.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO















