Hövsan yolu yenidən quruldu – VİDEO

Avropa Oyunları öncəsi Nəqliyyat Nazirliyi "Azəryolservis"ASC tərəfindən paytaxtın bəzi küçə və prospektlərində təmir-tikinti işləri həyata keçirilir. Bu çərçivədə Hövsan yolunun 1,2 kilometrlik hissəsi yenidən qurulub.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azəryolservis" ASC-nin mətbuat katibliyindən trend-ə verilən məlumata görə, yol hər iki istiqamətə 3 olmaqla 6 zolaqdan ibarətdir. Ayırıcı zolağın eni 4 metr, hər bir istiqamət üzrə hərəkət hissəsinin eni 13 metr olmaqla yolun ümumi eni 35 metrdir. Yol boyu hər iki tərəfdə 2 metr enində səkilər də qurulub. Ümumilikdə 37 min kvadratmetr sahəyə asfalt-beton örtüyü döşənib, yol boyu 2600 paqon metr səki daşı düzülüb. Bundan başqa, zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün 400 metr uzunluğunda yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları qoyulub, yeraltı kommunikasiya xətləri yoldan kənarlaşdırılıb.
Ərazidə yeni dairə də inşa edilib. "BakuBus" avtobuslarının dairə vasitəsilə geriyə hərəkət etməklə dayanacağa daxil olması təmin edilib. Bundan başqa, yenidən qurulmuş yol vasitəsilə nəqliyyat vasitələri avtomobil tunelindən keçməklə şəhər istiqamətinə, sağ qanadla hərəkət etməklə isə "Beton yol"a çıxaraq Mərdəkan istiqamətinə rahat və maneəsiz şəkildə hərəkət edə bilərlər.
Artıq sözügedən yolda son tamamlanma işləri həyata keçirilir. Zəruri olan yerlərdə yol nişanları quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərin çəkilişi aparılır, yol kənarları abadlaşdırılır.
A.Nobel prospekti və Zığ dairəsində də abadlıq işləri həyata keçirilir. Prospekt boyunca yolcizgi və yolgöstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri həyata keçirilib, ayrıcı zolaqlar və yol kənarları isə abadlaşdırılır.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO

















