İki böyük prospekti birləşdirən yol təmirə dayandı
Yeniliklər
14 Aprel 2015 18:00

Yolun əhəmiyyəti nəzərə alınaraq bu gündən yolda təmir işlərinə başlanılıb
Bakıda iki əsas prospekti - Heydər Əliyev və Ziya Bünyadov prospektlərini birləşdirən Ələsgər Qayıbov küçəsinin əsaslı yenidənqurma işlərinə başlanılıb. Avtosfer.az xəbər verir ki, bu barədə trend-ə "Azəryolservis" ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev deyib.
Onun sözlərinə görə, Sovet dövründə köhnə texnologiya və normativlərlə inşa olunan həmin küçədə drenaj xətti olmadığı üçün yol örtüyünün səthində çoxsaylı gölməçələr yaranırdı ki, bu da yol örtüyünün deformasiyası və dağılmasına səbəb olmuşdu, həmçinin avtomobillərin hərəkətinə maneə törədir.
P.Mürsəliyev bildirib ki, yolun əhəmiyyəti nəzərə alınaraq bu gündən yolda təmir işlərinə başlanılıb. İki gediş və iki gəlişdən ibarət küçə əsaslı şəkildə yenidən qurulacaq.
Oxunub : 2148
DİGƏR XƏBƏRLƏR
11 Noyabr 2026 11:11
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
9 Noyabr 2026 14:11
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
7 Noyabr 2026 13:45
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
6 Noyabr 2026 13:53
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
6 Noyabr 2026 12:14
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
6 Noyabr 2026 10:33
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
5 Noyabr 2026 14:41
Bakıda bu avtobuslar YENİLƏNİR
5 Noyabr 2026 13:23
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
5 Noyabr 2026 12:30
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
5 Noyabr 2026 11:48
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
4 Noyabr 2026 12:48
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
31 Oktyabr 2026 13:24
Sabahdan Tbilisiyə daha çox reys gedəcək - YENİ QİYMƏTLƏR
ŞƏRH YAZ












