İki prospekti birləşdirən küçə yenidən qurulur - FOTO

Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən I Avropa Oyunları öncəsi paytaxtın bəzi küçə və prospektlərində nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etmək məqsədilə aparılan kompleks tədbirlər çərçivəsində iki əsas prospekti, Ziya Bünyadov prospekti ilə Heydər Əliyev prospektini birləşdirən Ələsgər Qayıbov küçəsində əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir. Avtosfer.az ASC-yə istinadən xəbər verir ki, Ələsgər Qayıbov küçəsi 70-ci illərdə Heydər Əliyevin tapşırığına əsasən salınıb. Küçə sovet dövründə keçmiş normativlər və texnologiyalar əsasında inşa edildiyindən o zaman burda səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalizasiya sistemi qurulmamışdı. Nəticədə yağış suları yolun hərəkət hissəsinə yığılırdı və asfalt örtüyünün deformasiyasına, dağılmasına səbəb olmuşdu. Bütün bünlar nəzərə alınaraq Nəqliyyat Naziri və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında xüsusi əhəmiyyətə malik Ələsgər Qayıbov küçəsinin əsaslı yenidən qurulması işlərinə başlanılıb. İşlər kommunikasiya xətlərinin çəkilişi ilə məşğul olan qurumlarla birgə aparılıb. Kommunikasiya xətləri mümkün olan yerlərdə yolun hərəkət hissəsindən kənarlaşdırılıb. Təbii ki, iki böyük prospekti birləşdirən Ələsgər Qayıbov küçəsində kompleks halında görülən bu işlər gələcəkdə yolun hərəkət hissəsinin sıradan çıxmasını sığortalamış olacaq.
Xeyli müddətdir ki, baxımsız vəziyyətdə olan küçənin ümumi uzunluğu 2200 metr, hərəkət hissəsinin eni isə 20 metrdir. Küçə boyu zəruri olan yerlərdə yol yatağının deformasiyaya uğramış hissələri qazılaraq çıxarılıb, yeni yol yatağı salınıb. Müəyyən hissələrdə yolun hərəkət hissəsinin genişləndirməsi işləri də həyata keçirilib. Ümumilikdə küçə boyu 45 min kvadrat metr sahəyə müasir standartlara cavab verən yeni asfalt-beton örtüyü vurulub.
Küçə boyu 8200 paqon-metr yeni səki daşı düzülüb. Zəruri olan yerlərdə səth sularının normal kənarlaşdırılması üçün yağış-kanalızasıya sistemi qurulub, yağış barmaqlıqları dəyişdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılaraq, baxış qapaqları dəyişdirilib. Hazırda səkilərdə və ayrıcı zolaqda abadlıq və yaşıllaşdırma işləri həyata keçirilir.
Yenidənqurma işləri tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edib. Əsaslı təmir-tikinti işləri bitəndən sonra küçə tam yeni və müasir görkəm alacaq.
Emin
DSX-də generalların yeri dəyişdi - Müzəffər Pirizadə Elçin Quliyevin müavini oldu
Bakıda 6 ekspres marşrut fəaliyyətə başladı - İlk və son dayanacaqlar - VİDEO
Sabahdan ekspres marşrutlar fəaliyyətə başlayır - VİDEO
Naxçıvan dəmir yolu Ermənistan sərhədinə çatır: Böyük layihənin DETALLARI
“Azərbaycandan İrana ikinci dəmir yolu xətti açılacaq” - VİDEO
Metrodakı yenilik: "Taksilərə tələb artacaq, tıxac yaranacaq"
Belçikadakı səfirimiz geri çağırıldı - YENİ TƏYİNAT
“28 May”–“Nizami” istiqamətində yeni ekspres avtobuslar işə düşür: Gedişhaqqı açıqlandı
Bakı və Sumqayıtda dəmir yolları çəpərlənəcək - YENİ QAYDALAR
Bakıda fəaliyyət göstərəcək ekspres avtobusların SİYAHISI - VİDEO
Sürücüsüz avtomobillər gəlir: Təhlükəsizlik necə qorunacaq? - AYNA sədri DETALLARI AÇIQLADI










