İkimərtəbəli elektrik qatarlarında gediş tarifləri artırılacaq

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Tarif Şurasına yeni ikimərtəbəli elektrik qatarlarında gediş haqqını artırmağa dair müraciət etməyi planlayır.
Avtosfer.az xəbər verir ki, bu barədə Fineko/abc.az-a QSC-nin mətbuat katibi Nadir Əzməmmədov bəyan edib ki, hal-hazırda Bakı-Sumqayıt elektrik qatarlarında gediş haqqı 0,30 manatdır.
“Stadler Minsk zavodunda ADY üçün istehsal edilən KISS markalı elektrik qatarlarının istismara verilməsi ilə əlaqədar QSC layihənin ödənilməsinin təmin edilməsi üçün Tarif Şurasına müraciət etmək qərarına gəlib”, - Əzməmmədov deyib.
Onun sözlərinə görə, hal-hazırda “Azərbaycan Dəmir Yolları” şəhər ətrafı qovşaq üçün yeni gediş haqqını, eləcə də Tarif Şurasına gediş haqqının artırılması üçün müraciət zamanını müəyyənləşdirir.
Hal-hazırda ikimərtəbəli elektrik qatarları Avropa Oyunlarına gələn qonaqlara “Koroğlu” metrostansiyasından (Olimpiya stadionu) Bakı dəmiryol vağzalı (“28 may” metrostansiyası) istiqamətində xidmət göstərir. İlin sonuna qədər qatarlar hal-hazırda modernləşdirilən Bakı-Sumqayıt xəttinə buraxılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












