İkimərtəbəli qatarların istismarına 2 gün qaldı - VİDEO

Bir neçə gün sonra Bakıda başlayacaq I Avropa Oyunları çərçivəsində “Azərbaycan Dəmir Yolları” QSC-nin əməkdaşları gücləndirilmiş iş rejiminə keçib. Bu barədə qurumun mətbuat xidmətinin rəhbəri, Nazir Əzməmmədov məlumat verib. Artıq Bakı sərnişin vağzalında təmir işlərinə başlanılıb. Stansiyada məlumat lövhələri quraşdırılıb və informasiya bürosu yaradılıb. Həmçinin xarici turistlərlə rahat ünsiyyət qurmaq məqsədilə səhmdar cəmiyyətin əməkdaşlarının xarici dil bilikləri təkmilləşdirilib. “İnsanlarla ünsiyyət yaratmaq üçün kurslar təşkil etdik. Kurslara bələdçilər, qatar rəisləri və texniki işçilər çəlb edildi. Qismən də olsa, onlar insanlarla ünsiyyət yarada biləcəklər. Hazırda Bakı sərnişin stansiyasında, eləcə də binanın özündə də əsaslı təmir işləri gedir”- deyə Nadir Əzməmmədov bildirib.
Avropa Oyunlarında sərnişinlərin və turislərin rahat hərəkəti üçün Bakıya artıq ikimərtəbəli elektrik qatarlari da gətirilib. Həmin qatarlar vasitəsilə sərnişinlər Bakı sərnişin vağzalından birbaşa oyunların keçirildiyi “Koroğlu” metrosunun yaxınlığındaki stansiyaya gedə biləcəklər. Bu məqsədlə yeni dəmir yol xətti də artıq inşa olunub.
Qeyd edək ki, yeni inşa olunan dəmir yol xətti ilə sonradan sərnişinlər yolarını davam etdirərək Sumqayıt şəhərinə rahat şəkildə gedə biləcəklər. “Əsaslı təmir işləri ilk öncə Bakı-Sumqayıt arasında olan hissədə aparılır. Bu zaman 63 kilometirlik yol əsaslı bir şəkildə təmir olunmalıdır. Artıq xəttin 46 kilometri təmir olunub. Bununla yanaşı digər - rabitə, sinqalizasiya, elektirik təchizatı kimi işlər də həyata keçirilir”, – deyə Nadir Əzməmmədov vurğulayıb.
Qeyd edək ki, paytaxta gətirilən ikimərtəbəli elektrik qatarlarının iyun ayının 5-nə kimi istismara buraxılması nəzərdə tululur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












