İlham Əliyev bu yolun açılışını etdi - FOTOLAR

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Siyəzən-Məşrif avtomobil yolunun açılışında iştirak edib. Avtosfer.az xəbər verir ki, İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.
Siyəzən rayonunun bir neçə kəndini birləşdirən və hərəkətin intensiv olduğu bu yol uzun müddət təmir edilmədiyindən bərbad vəziyyətə düşmüşdü.
2012-ci il 11 iyun tarixli sərəncama əsasən yolun tikintisinə ilkin olaraq 7 milyon, daha sonra 5,7 milyon manat vəsait ayrılıb. 2012-ci ilin oktyabrında başlamış tikinti işləri bu ilin mayında yekunlaşıb. Eni 5, bəzi yerlərdə isə 7 metr olan 3-cü və 4-cü dərəcəli yola 10-11 santimetr qalınlığında asfalt döşənib. Yol üzərindəki mühəndis-texniki qurğular müasir səviyyədə qurulub. Rayonun 20 yaşayış məntəqəsini birləşdirən və 37,1 kilometr uzunluğunda olan bu rahat və abad yoldan ümumilikdə 4700-dək sakin istifadə edəcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq
















