İran və Azərbaycan dəmir yollarını birləşdirir

İran və Azərbaycan iki ölkənin dəmiryolu şəbəkəsinin birləşdirilməsi barədə danışıqlar aparır. Strateq.az İRİB-ə istinadən bildirir ki, bu barədə İranın Gilan vilayətinin valisi Məhəmməd Əli Nəcəfi açıqlama verib. Məhəmməd Əli Nəcəfi bildirib ki, iki ölkənin dəmiryol şəbəkəsi Azərbaycanın Astara şəhəri ilə İranın Astara şəhəri arasında bir-birinə qovuşacaq. “Ötən avqust ayında Bakıda İranın rabitə və informasiya texnologiyaları naziri, İran-Azərbaycan müştərək komissiyasının həmsədri Mahmud Vaizinin iştirakı ilə keçirilən İranın dəmiryol şəbəkəsinin Azərbaycana birləşdirilməsi üzrə koordinasiya iclasında Azərbaycan iqtisadi və ticarət əlaqələrinin daha da genişləndirilməsi üçün dəmiryolu şəbəkəsinin Azərbaycanın Astara şəhərindən İranın Astara şəhərinə qədər uzadılmasını təklif edib”.
Nəcəfi bu dəmiryolu xəttinin İranı Avropaya, Rusiya və Qafqaz ölkələrini isə Fars körfəzinə birləşdirəcəyini deyib: “Astara-Astara dəmiryolunun uzunluğu 7 kilometr olacaq . Bunun 2 kilometri İran ərazisində, qalan 5 kilometri isə Azərbaycan ərazisində quraşdırılmalıdır”.
Gilan valisi deyib ki, Bakıda keçirilən iclasda həmçinin İran Astarasında böyük bir yük terminalı da quraşdırılması qərara alınıb.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












