Krediti olanlar bu xəbəri mütləq izləsin - VİDEO

Bəzən vətəndaşlar aylıq kredit borcunu sonuncu ödəniş günü banka ödəyir. Ancaq məbləğ sistemə həmin gün yox, ertəsi gün köçürülür. Nəticədə müştəriyə əlavə faiz hesablanır. Buna səbəb nədir və kredit götürmüş şəxslər belə hallara qarşı hansı tədbirləri görməlidirlər? İndi biləcəksiniz.
Kredit ödənişini sonuncu günə saxlayanların bir çoxu bu problemlə üzə-üzə qalır. Aylıq borcun hamısı və ya bir qismi ödənilir, ancaq bank ödənişi gecikmiş kimi qeydə alır və əlavə faiz hesablayır. Bank mütəxəssislərinin sözlərinə görə, bu hal daha çox nağd ödənişlərdə müşahidə olunur.
Nağd ödənişlə yanaşı vətəndaşlar kredit borcunu internet vasitəsilə elektron qaydada və ya terminallar vasitəsilə plastik kartlarla ödəyə bilər. Bu zaman məbləğin sistemə köçürülməsi daha tez baş verir.
Bəzən isə müştəri borcun bir hissəsini vaxtında ödəyir, digər hissəsini növbəti aya saxlayır. Ancaq cərimə faizi qeydə alınarkən, ödənilmiş hissə nəzərə alınmır və bütöv aylıq borca hesablanır. Qeyd olunan problemlərlə qarşılaşmamaq üçün aylıq borcu son tarixdən 2 gün əvvələ qədər, tam məbləğlə ödəmək tövsiyyə olunur.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












