Kürün üstündə 9 bal zəlzələyə tab gətirən körpü tikilir - FOTO+VİDEO

Prezident İlham Əliyevin göstərişinə əsasən, vətəndaşların rahat və təhlükəsiz gediş-gəlişini təmin etmək məqsədilə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC tərəfindən təmir-tikinti işləri davam etdirilir. Şəxsən nəqliyyat naziri Ziya Məmmədovun və “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında Kür çayı üzərindən daha bir körpünün tikintisi yüksək keyfiyyətlə aparılaraq, başa çatdırılmaq üzrədir. Söhbət tikintisinə ötən il başlanılan və Salyan rayonu ərazisində mərkəzlə 6 min nəfər əhalinin yaşadığı Babazanan yaşayış massivini birləşdirən körpüdən gedir. Artıq körpüdə son tamamlanma işləri aparılır. Körpü üzərində məhəccərlərin quraşdırılması, təkərqaytaranların monolit-betonla tökülməsi işləri yekunlaşdırılıb.
Bununla paralel olaraq ərazidə gələcək daşqınların qarşısını almaq məqsədi ilə uzunluğu 280 metr olan istinad divarlarının tikintisi də aparılıb. Hazırda ərazidə asfalt-beton örtüyünün döşənməsinə hazırlıq işləri gedir. Körpüyə Salyan şəhəri istiqamətdən yanaşma yolunun və daha 200 metr uzunluğunda istinad divarlarının tikintisi davam etdirilir.
6 aşırımdan ibarət və uzunluğu 199,16 metr olan körpünün ümumi eni 14,5 metrdir. Yeni körpünün hərəkət hissəsinin eni 11,5 metr, piyada səkilərinin eni hər bir tərəfdə 1,5 metrdir. Ən müasir tikinti materialları ilə inşa edilmiş körpünün Kür çayının səviyyəsindən hündürlüyü təqribən 13 metrdir.
Çayda suyun səviyyəsinin tez-tez dəyişildiyi nəzərə alınaraq körpünün təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı və profilaktiki tədbirlər həyata keçirilib. Ümumiyyətlə sözügedən körpü A-15, NK-100 hesabi yükünə və 9 bal zəlzələyə hesablanaraq inşa edilib.
Emin
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO
















