Lənkərandan Rusiyaya birbaşa uçuş

Rusiyanın Sibir regionunda, xüsusən də Novosibirsk əyalətində yaşayan cənub bölgə sakinlərinin yol narahatlığına bu gündən son qoyulub. Anspress-in məlumatına görə, yeni fəlaiyyətə başlayan Novosibirsk-Lənkəran-Lənkəran-Novosibirs birbaşa reysi Sibir bölgəsində yaşayanlara bu imkanı yaradıb. Birbaşa reysi 75 yerlik An-148 təyyarəsi həyata keçirir.aviokompaniyanın təmsilçisi birbaşa reysin sərnişinlərin rahatlığı ilə yanaşı, bölgədə turizmin inkişafına da müsbət təsir edəcəyi qənaətindədir. Aviakompaniyada yeni reysin rəhbəri Dmitri Mislikov reys haqqında bu sözləri dedi: "Bizə çox xoşdur ki, nəhayət təyyarə ilə uçub sizə qonaq gəldik. İndi Azərbaycan öz inkişafı, tərəqqisi ilə bütün dünyanın diqqətindədir. Sibir regionu sakinləri çox sevinir ki, nəhayət ki, Lənkərana - bu gözəl istirahət güşəsinə, kurort məkanına birbaşa reys açıldı".
Hələlik Lənkəran –Novosibirsk birbaşa reysi həftədə bir dəfə uçuş həyata keçirir. Gələcəkdə tələbat olacağı təqdirdə reyslərin sayı artırıla bilər. Təyyarə saat 11-də Lənkərana təyyarə enir, 12-də qalxır. 75 sərnişinlk təyyarə Rusiya istehsalıdır. Reyslə uçuş müddəti 4 saat 40 dəq, biletin gediş qiyməti 270 manat, hər iki tərəfə gedib gəlmək isə 524 manat təşkil edir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












