Mazandaran Bakı gəmi reysi açılır

Mazandaran əyalətindən Bakı ilə birbaşa sərnişin daşımaları məqsədi ilə gəmi reysinin açılmasını planlaşdırır. Bunu Azərbaycanlı jurnalistlərə açıqlamasında Mazandaran əyalətinin başçısı Rəfi Fəllah Cilodar deyib.
Avtosfer.az trend-ə istinadən xəbər verir ki, dəniz nəqliyyat xəttinin açılması Mazandaran ilə Azərbaycan arasında əlaqələrin inkişafına təkan verəcək: "Düzdür, hazırda Azərbaycanla İranın bəzi limanları arasında dəniz əlaqələri var, lakin turizmin inkişafı üçün sərnişin daşımaları sahəsində gəmi reysləri yoxdur. Odur ki, biz birbaşa dəniz reysinin açılmasını istəyirik və hazırda bu istiqamətdə işləyirik. Yaxın vaxtlarda bu reysin açılmasını gözləyirik".
R.F.Cilodar Mazandaran əyalətindən Azərbaycana ixracatın həcmini artırmaq, bir başa gediş-gəlişlərin təşkili məqsədi ilə Sari şəhərində Azərbaycanın konsulluğunun fəaliyyət göstərilməsini təklif etdi. “Konsulluğun Sari şəhərində açılması ilə bağlı məsələ İranın Xarici İşlər Nazirliyi qarşısında qaldırılacaq. Əgər Azərbaycan tərəfi buna razılıq verərsə, konsulluğun açılmasını biz yaxın zamanda həyata keçirməyə hazırıq. Çünki, konsulluğun açılması əlaqələrimizin inkişafında müstəsna rol oynayacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












