Metroda tunellərin rənglənməsi üçün yeni cihazlar alınıb - FOTO

Yeraltı yollarda tunel geyiminin müxtəlif korroziya əleyhinə boyaq maddələri ilə rənglənir. Metropolitenin boyaq maddələrinin sınanması və tətbiqi xüsusi işlənmiş proqram əsasında aparılır. Yoxlamaların keyfiyyətini təmin etmək məqsədilə müvafiq texniki təchizat bazası yeni nəsil cihazları ilə əsaslı şəkildə yenidən qurulub. "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətindən Avtosfer.az-a daxil olan xəbərə görə, material üzərindəki örtüyün qalınlığının təyin edilməsi («PosiTector 200») ağac, beton, plastik, metallar, kompozit və bir çox digər materialların üzərindəki 3 fərqli örtük təbəqəsini eyni zamanda qiymətləndirməyə imkan verir. Boyaq vurulmazdan əvvəl tunel geyiminin metal səthi korroziya təsirlərindən təmizlənməlidir. Səth boyaq üçün təmizlənmədən cihazlardan biri ilə («PosiTector UTG M») divar qatının qalınlığı ölçülür. Boyama üçün təmizlənmədən sonra başqa bir cihaz («PosiTector 6000 SPG») səthin hamarlığı və korroziya qalıqlarının miqdarını təyin edir.
Mühit boyaya əsas təsir qüvvəsidir. Onu («PosiTector 6000 DPM») öyrənən cihaz «şeh nöqtəsi»ni, eləcə də havanın hərarəti, metal səthin öz hərarəti, nisbi rütubəti təyin etməyə imkan verir.
Maqnit üsulu ilə cihaz (maqnitli «PosiPen») boyağın qalınlığının təyin edilməsi, təkrar boyamanın həddi, kəmiyyəti, miqdarını təyin etmək üçün vacibdir. Beləcə, itkilərin qarşısı alınır, keyfiyyət tam təmin edilir və effektivliklə boyağın uzunmüddətli təsiri təmin edilir.
Şana üsulu ilə yoxlamalar (2 tipdə «Elcometer» alətləri) materialın üzərinə çəkilmiş boyanın bir dəqiqə ərzində ölçmələrinə şərait yaradır, boya püskürməsi sistemində tozlanma prosesini yanma həddinə qədər tənzimləyərək, tullantıların və material itkisinin qarşısının alınmasına kömək edir.
Boyağın hopma keyfiyyəti (avtomatik «PosiTest», 2 tipdə «Elcometer» cihazları) mexaniki və avtomatik yolla yapışma keyfiyyətini, boyağın istismar müddətini təyin etməyə imkan verir. Yapışmanın etibarlığını təyin etmək üçün daha bir neçə üsuldan istifadə edilir: boyama gündəlik proses olduğundan, daim əl altında olan testerlər («Elcometer» və mexaniki qopartma - «Pull-off) yapışma dərinliyini və həddini ani hesablamağa kömək edir.
Tam qurumuş boya səthi müxtəlif diapazonlu cihazlarla («PosiTector 6000 FN3») lazım olan dəqiqliyi əldə etmək mümkündür. Əldə olunmuş məlumatları və nəticələri vaxt-tarix parametrləri saxlanmaqla istər naqilsiz qaydada, istərsə də naqillə kompüterin yaddaşına köçürülür. Bu isə onun arxivləşdirilməsinə və ölçmələrin nəticəsini toplayaraq, elmi qaydada öyrənib, təhlil etməyə imkan verir.
Emin
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR

















