Metromuzun bitməyən dərdi - FOTOLAR

“Bakı Metropoliteni” QSC "bənövşəyi" xəttin ilk iki stansiyasını 2014-cü ilin sonunda istismara verilməsi gecikir. Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin anspress-ə verdiyi məlumata görə, müəyyən texniki problemlərə görə tikintilər plana əsasən bir az yubanıb. Metropoliten rəsmisi bildirib ki, "bənövşəyi" xəttin ilk iki stansiyası 2015-ci ilin sonlarına qədər istismara veriləcək. Baxmayaraq ki, planda həmin stansiyaların istismarı bu ilin əvvəllərinə qədər istismara veriləcəkdi, müəyyən texniki səbəblərə görə işlər bir az yubanıb.
Stansiyalar arasında işləyəcək yeni qatarların bu ilin birinci yarımilliyində gətiriləcəyi nəzərdə tutulub. “Bakı metrosuna gətiriləcək yeni qatarlar Fransanın “Alstom” şirkətinə sifariş vermişik. Qatarın vaqonları arsında keçid mümkün olacaq. Orada əlillər üçün xüsusi oturacaqlar olacaq. Vaqonlarda havalandırma sistemi, kondisionerlər olacaq. Xüsusi işıqlandırma effektləri, məlumatlandırıcı tablolar vurulacaq. 3 belə qatar gətiriləcək. Qatarlarda 15 vaqon təmin olunacaq”, - deyə Nəsimi Paşayev vurğulayıb.
Metroda eskalatorların tez-tez xarab olması məsələsinə gəlincə, Nəsimi Paşayev bildirib ki, bunun bir neçə səbəbi var: “Hər bir eskalatorun yürüş məsafəsi var. Həmin məsafəni qət edəndən sonra həmin eskalator əsaslı təmir edilir. “Elmlər Akademiyası”, “20 yanvar” stansiyalarında eskalator təmir edilib. Hazırda “İnşaatçılar” stansiyasındakı stansiya təmir edilir. “Elmlər Akademiyası” stansiyasında tunel dərin özüllüdür. Bu səbəbdən oradakı eskalatorların yürüş məsafəsi daha çoxdur. Onların üzərindəki sərnişinlər də başqalarına nisbətən daha çoxdur və ağırlıq yükü artıqdır. Lakin bununla belə “Elmlər Akademiyası” stansiyasındakı eskalatorda həyat üçün təhlükə yarada bilən nasazlıq yoxdur”.
Sərnişinlər yay aylarında “Elmlər Akademiyası” stansiyasında əsaslı təmir olunan soldakı eskalatorun tez-tez xarab olmasından narahatdırlar. Nəsimi Paşayev isə bildirib ki. narahatlığa heç bir əsas yoxdur. Metro rəsmisinin sözlərinə görə, həmin eskalator çox istifadə edildiyi üçün ona daha çox güc düşür. “Həmin eskalator daha çox istifadə olunur. Çünki onu yenicə əsaslı təmir etmişik. Onu daha çox, bütün günü işlədirik. Təbii ki, işləyən avadanlıqda problemlər yaranır. Biz də yaranan nasazlığı bir neçə dəqiqəyə həll edirik”, - deyə Nəsimi Paşayev bildirib. Nəsimi Paşayev açıqlamasında onu da bildirib ki, hazırda metronun bir neçə stansiyasındakı keçidlərin təmir işləri də yekunlaşır. Onun sözlərinə görə, hazırda “Nəriman Nərimanov”, “Gənclik”, “İnşaatçılar” stansiyasında keçidlərdə təmir işləri sürətlə gedir. “İşlər Novruz bayramı ərəfəsində yekunlaşacaq. Təmirdən sonra keçiddə müəyyən edilmiş yerlərdə kitab, qazet kimi məhsullar satılacaq. Bundan əlavə, orada su, danışıq kartları və s. satan aparatlar quraşdırılacaq”, - deyə Nəsimi Paşayev bildirib.
Metropoliten rəsmisi “28 may” metrosununun əsas girişinin nə zaman istifadəyə veriləcəyi günü isə hələlik dəqiq bilinmir. Onun sözlərinə görə, yaranmış texniki problemlərlə əlaqədar girişin istismarı azı 3 ilə qədər yubana bilər.
“Xaliq Faiqoğlu” 77 saylı xəttin avtobuslarını yenilədi - VİDEO
Murovdağ tuneli Azərbaycanın nəqliyyat xəritəsini dəyişəcək – EKSPERT
Bulvarda elektrikli faytonlarla gəzintilər təşkil olunur - Qiyməti 40 manatdır - VİDEO
Bakının bu küçəsində hərəkət qaydası dəyişdi - Sürücülərin DİQQƏTİNƏ - VİDEO
“Koroğlu” istiqamətində cərimələnə bilərsiz - Sürücülərin diqqətinə! - VİDEO
“Koroğlu”da yeni hərəkət zolağı yaradılır - FOTO
Qaydaları pozan taksi sürücüləri DRONLARLA İZLƏNİLİR - Qəfil yoxlamalar keçirilir
Taksilərlə bağlı YENİLİK - ARTIQ BU CÜR OLACAQ
Sürücülərin diqqətinə! - Qayda dəyişdi; bundan sonra belə olacaq
Bakıda tıxacları azaldacaq YENİ AVTOMOBİL YOLU çəkilir - VİDEO
“Nərimanov”da avtobuslar üçün mübadilə mərkəzi yaradılır - FOTOLAR





























