Naxçıvan Beynəlxalq Hava Limanı YENİLƏNDİ

Ötən ay Naxçıvan Muxtar Respublikasında yerli hava xətti ilə 18 min 150 sərnişin, 363 min 522 kiloqram baqaj, 79 min 58 kiloqram yük və 2 min 485 kiloqram poçt daşıması həyata keçirilib. Naxçıvan Beynəlxalq Hava Limanının mətbuat xidmətindən Avtosfer.az-a bildirilib ki, beynəlxalq uçuşlar üzrə Naxçıvan-Moskva istiqamətində 228 sərnişin və 4157 kiloqram baqaj, Naxçıvan-İstanbul reysi ilə 382 sərnişin və 4967 kiloqram baqaj daşınıb.
Uçuşların təhlükəsizliyinin və sərnişinlərin rahatlığının təmin olunmasının günün tələblərinə uyğun təşkili məqsədilə tədbirlər davam etdirilib, muxtar respublikanın mülki aviasiya işçiləri öz vəzifələrinin öhdəsindən layiqincə gəliblər. Şəxsi heyət təyyarələrin, bütün maşın-mexanizmlərin və texnoloji avadanlıqların təlimata uyğun istismarını diqqətdə saxlayıb, hava gəmilərinin hərəkəti nəticəsində uçuş-enmə zolağında və perronda baş verən aşınmalar təmir olunub, bəzi hissələrdə asfalt örtük yenilənib.
Elektrik və işıq sistemləri ilə təminat da diqqət mərkəzində saxlanılıb, uçuşların və digər xidmətlərin fasiləsizliyi təmin olunub. Ay ərzində bütün güc transformatorlarına və işıqlandırma vasitələrinə baxış keçirilib, elektrik mühərrikləri təmir edilib. Yanğın təhlükəsizliyi və qəza-xilasetmə xidmətinin şəxsi heyəti yanğına qarşı təlimləri davam etdirib, obyektlərdəki yanğınsöndürmə avadanlıqları yoxlanılıb.
İşçilərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində də bir sıra işlər görülüb. Belə ki, təhlükəsizlik xidməti işçiləri Bakı şəhərində ixtisasartırma kurslarına cəlb olunub. Əməkdaşlara aparılan yenidənqurma işləri çərçivəsində aerovağzal binasında quraşdırılan yeni cihazların iş prinsipləri öyrədilib, təhlükəsizlik texnikasına və yanğın mühafizəsinə dair məşğələlər keçirilib, hava gəmilərinə uçuşqabağı texniki baxış üçün təlimat hazırlanıb.
Cavid
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












