Naxçıvanın yeni avtobusları Bakıdakılardan yaxşı çıxdı - FOTO

Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə yeni avtobuslar təqdim olunub. Avtosfer.az-ın Azərtac-a istinadən məlumatına görə, bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının nəqliyyat naziri Mirsənani Seyidov çıxış edib: “Hazırda muxtar respublikada 303 avtobusla rayon mərkəzləri və kəndlərin hamısına gediş-gəliş təmin edilib. Ötən dövrdə Naxçıvan Şəhər Nəqliyyat İdarəsinin də maddi-texniki bazası möhkəmləndirilib, müasir Avtobus Parkı istifadəyə verilib”.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Naxçıvanda hər gün 10 mindən artıq insanın nəqliyyat xidmətindən istifadə etdiyini qeyd edib: “7 ədəd yeni avtobus alınaraq Naxçıvan Şəhər Nəqliyyat İdarəsinə verilmişdir. Yeni alınan avtobuslar xidmətin düzgün təşkilinə və sərnişinlərin rahatlığının təmin olunmasına imkan verəcəkdir. Həmçinin bu avtobusların alınması hesabına 14 yeni iş yeri açılmışdır. Ona görə də sürücülər avtobuslara mütəmadi texniki xidmət göstərməli, şəhərdaxili marşrutların iş qrafikinə vaxtında əməl olunmalıdır».
Avtobuslara baxış zamanı məlumat verilib ki, yeni avtobusların 5-i “Kinq-Lonq”, 2-si isə “İsuzu” markalıdır. “Kinq-lonq” markalı avtobusların hər birində 23, “İsuzu” markalı avtobusların hər birində isə 25 oturacaq var. Bu nəqliyyat vasitələri ayaq üstə dayanan sərnişinlər də nəzərə alınmaqla 48 sərnişinə xidmət göstərə biləcək. Şəhərdaxili yollarda hərəkət üçün xüsusi dizayn olunan avtobuslar yüksək manevrə malikdir. Avtobusların geniş salonunda sərnişinlərin rahatlığı üçün hər cür şərait vardır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq













