Nəqliyyat müfəttişləri çobanları cərimələyəcək

İki gün öncə Milli Məclis yol hərəkəti təhlükəsizliyi ilə bağlı tələblərin pozulmasına görə məsuliyyət müəyyən edilən qanunvericiliyə bir sıra dəyişikliklər etdi. Həmin dəyişikliklərdən bəziləri İnzibati Xətalar Məcəlləsinin hazırda qüvvədə olan müəyyən maddələrini bir qədər dəqiqləşdirdi. Bəziləri isə yeni sayıla bilər. Avtosfer.az-ın məlumatına görə, maraqlı düzəlişlərdən biri yollarda və yolətrafı ərazilərdə mal-qaranın aparılması və otarılması ilə bağlı cərimənin müəyyən olunmasıdır. Həmin düzəliş qüvvəyə mindikdən sonra respublika əhəmiyyətli yollarla mal-qara aparan istənilən çoban və ya naxırçı 30-50 manat cərimələnəcək (belə yollarla mal-qaranı yalnız avtomobilə yükləyib aparmaq olar). Asfalt yolların bu tərəfindən o biri tərəfinə mal-qaranı yol sahibinin icazəsi olmadan keçirən çoban və naxırçılar da bu qədər cərimələnəcək. Yolların təhkim, mühafizə və ehtiyat zonalarında mal-qara otaranlar da bu məbləğdə cərimə ödəyəsi olacaqlar. Özü də bu cəriməni Nəqliyyat Nazirliyi, daha dəqiqi bu qurumda yolların mühafizəsini həyata keçirən müfəttişlər tətbiq edəcəklər.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












