Nəqliyyat Nazirliyi bu sürücüləri cəzalandıracaq

Nəqliyyat Nazirliyi avtobusda əlillər üçün oturacaqları sökmüş sürücüləri cəzalandıracaq. Avtosfer.az-ın məlumatına görə, nazirliyin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov sözügedən hadisəyə ilə bağlı modern.az-a açıqlamasında bildirib ki, baş verənlərdən xəbərdardırlar. “Bununla bağlı bizə də məlumatlar daxil olub. Nəqliyyat Nazirliyi avtobuslarda konstruksiyaların dəyişdirilməsi ilə bağlı böyük bir reyd keçirəcək. Reyd nəticəsində avtobuslarda özbaşına konstruksiyalar dəyişdirilənlər müəyyənləşdiriləcək”. O qeyd edib ki, qətiyyən narahatlığa əsas yoxdur: “Birinci növbədə nöqsanlar aşkarlanan avtobusların sürücüləri, sonra isə sahibkarlar cəzalandırılacaq. Yaxın günlərdə nəticə barədə ictimaiyyətə məlumat veriləcək. Yeni gətirilməyindən və ya əvvəldən istismara verilməsindən asılı olmayaraq heç kəsin avtobusların konstruksiyasına müdaxilə etməyə ixtiyarı yoxdur. Bu tamamilə məntiqə sığmayan və qanunsuz hərəkətdir”. Nazirliyin sözçüsü avtobusların orta hissəsindəki oturacaqların da sökülərək daha çox sərnişinin ayaq üstə dayanmasını təmin edən sürücülərin də cəzalandırılacağını istisna etməyib: “Nəinki yeni, ümumiyyətlə, bütün avtobus marşrutlarında araşdırmalara başlayacağıq. Nöqsanı olanlar mütləq cəzalanacaq. Buna əmin ola bilərsiniz”.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












