NİİM-in ümumi izləmə monitoru yeniləndi - FOTO

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) I Avropa Oyunları ilə əlaqədar Mərkəzin qarşısına qoyulan tədbirlərin həll olunması üçün mühüm işlər həyata keçirib.
Avtosfer.az xəbər verir ki, bu barədə NİİM-dən oxu.az-a verilən məlumata əsasən, I Avropa Oyunları ilə bağlı idman yarışlarının keçiriləcəyi ərazilərdə NİİM tərəfindən işlənib hazırlanmış yol hərəkətinin idarə edilməsi planına əsasən, Oyunlar zamanı nəqliyyat əməliyyatlarının şəhər nəqliyyatının normal fəaliyyətinə minimal təsirini və təhlükəsizliyin təmin edilməsi ilə bağlı Olimpiya Təşkilat Komitəsinin Nəqliyyat Koordinasiya Qrupu ilə birgə davamlı işlər görülməkdədir.
Hazırda isə bu obyektlərlə bağlı Bakı 2015 Avropa Oyunları Təşkilat Komitəsi (BEGOC) ilə birgə test işləri həyata keçirilir. Həmçinin, I Avropa Oyunları ilə bağlı oyunların keçiriləcəyi istiqamətlər üzrə əsas marşrutlar və idman obyektlərinə marşrutlar müəyyən olunub. Nəzərdə tutulan idman obyektləri üzrə bütün marşrutlar və əsas marşrut üzrə hərəkət üçün işlər yerinə yetirilib.
NİİM I Avropa Oyunları zamanı Oyunlar keçiriləcək ərazilərdə nəqliyyat axınının izlənilməsini və nəqliyyat məlumatlarının ötürülməsinin daha operativ təşkili üçün ümumi izləmə monitorunda (BARCO) aparılan yenilənmə işləri başa çatdırılıb. Ümumi sahəsi 120 m2 olan monitor müasir texnologiyaya cavab verən LED işıqlarla əvəz olunub. Bu isə daha dəqiq və mükəmməl görüntü, enerjiyə qənaət və monitorun daha effektiv çalışması deməkdir.
Qeyd edək ki, Nəqliyyat Nazirlyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi I Avropa Oyunlarının nəqliyyat məsələləri üzrə qərargahı seçilib və I Avropa Oyunları zamanı bütün nəqliyyat əməliyyatları NİİM-dən idarə olunacaqdır. Oyunlar zamanı nəqliyyat məsələləri ilə bağlı aidiyyəti üzrə bütün qurumların səlahiyyətli nümayəndələri qərargahda olacaq və qərargah 24 saat fəaliyyət göstərəcəkdir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












