Nobel prospektinə qırmızı asfalt döşənir – FOTO + VİDEO

Nobel prospektində yenilik tətbiq edilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-dən verilən məlumata görə, prospektin ayrıcı zolağına tünd qırmızı rəngdə asfalt-beton örtüyü döşənir.
Rəngli asfalt-beton örtüyü ilkin etapda “Ağ şəhər”in qarşısından Süleyman Əhmədov küçəsi ilə kəsişməsinə qədər olan 2500 metrlik hissədə yol ayrıcına döşənir. Rəngli asfaltın sözügedən əraziyə döşənməsi vizual olaraq prospektə estetik gözəllik qatır.
Rəngli asfalt-beton örtüyünün adi asfaltdan keyfiyyət baxımından heç bir fərqi yoxdur. Sadəcə olaraq asfalt zavodda hazır olduqdan sonra xüsusi qurğuda onun tərkibinə rəngləyici maddə qatılır və qarışdırılır. Nəticədə rəngli asfalt-beton alınır.
Qeyd edək ki, ilk dəfə olaraq və sınaq məqsədi ilə Babək prospektində tünd qırmızı rəngli asfalt-beton örtüyü döşənmişdi. Yenilik Babək prospekti ilə Nəcəfqulu Rəfiyev küçəsinin kəsişməsində yerləşən yol ötürücüsünün üzərində ayrıcı zolağa tətbiq edilmişdi.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












