Piyada keçidləri ilə bağlı yeni qayda - YENİLİK

Azərbaycanda piyada keçidləri yeni qaydalar əsasında tikiləcək. Avtosfer.az xəbər verir ki, Milli Məclisdən trend-ə verilən məlumata görə, bununla bağlı parlamentdə “Yol hərəkəti haqqında” Qanunda dəyişiklik edilməsi nəzərdə tutulur. Qanuna 9-1-ci maddənin əlavə edilməsini nəzərdə tutan qanun layihəsində “Piyada keçidləri arasında məsafə və yerüstü və ya yeraltı keçidlərin tikilməsi” adlanan əlavəyə əsasən, avtomobil yollarında piyada keçidləri təhsil, səhiyyə, iri ticarət (xidmət istehsalat) müəssisələrinin, nəqliyyatın dayanacaq məntəqələrinin, idman, istirahət və turizm obyektlərinin və insanların kütləvi toplaşdığı digər obyektlərin yaxınlığında olmalıdır. Piyada zolağında hərəkətin işıqforla nizamlanması vacib olan hallar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Qanun layihəsində göstərilir ki, avtomagistralların yaşayış məntəqələrindən keçən hissələrində yerüstü və ya yeraltı keçidlər arasında məsafə 400-800 metr, digər avtomobil yollarının yaşayış məntəqələrindən keçən hissəsində isə piyada keçidləri arasında məsafə 150-300 metr (yolayrıcları arasında daha az məsafə olduğu hallar istisna olmaqla) olmalıdır.
Maddənin 3-cü hissəsində göstərilir ki, avtomagistrallarda yerüstü və ya yeraltı keçidlər yuxarıda göstərilənlər nəzərə alınmaqla, digər avtomobil yollarında – nəqliyyat vasitələrinin hərəkət şiddəti 300 avtomobil/saatdan, piyadaların hərəkət şiddəti 3000 adam/saatdan və yolun hərəkət hissəsinin eni 14 metrdən çox olduqda tikilməlidir.
Avtomobil yollarında yerüstü və yeraltı keçidlərin tikilməsi vacib olan digər hallar müvafiq icra hakimiyyəti tərəfindən müəyyən ediləcək.
Qeyd edək ki, adıçəkilən qanun layihəsi Milli Məclisin aprelin 28-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












