Qadınla kişi eyni motosikletdə gedə bilməyəcək

İndoneziyada kişilərlə qadınların eyni motosikletdə yol getmələri qadağan edilib. Avtosfer.az-ın anspress-ə istinadən məlumatına görə, Açex əyalətində nəqliyyatdan istifadə qaydalarını ağırlaşdırmaq niyyətindədirlər. "2013-cü ildə qadınlara kişilərlə bir motosikletdə getməyi qadağan edən qanun qəbul edilib. Amma buna əməl olunmur", - deyə İndoneziyanın Açex əyalətinin qanunverici orqanının üzvü Fauzan Hamza bildirib.
Qeyd edək ki, İndoneziyada Açex yeganə əyalətdir ki, sərt şəriət qaydaları tətbiq edilir. Burada qızlarla oğlanların bir yerdə təhsil almaları qadağandır. Bundan başqa, Açexdə hər axşam məcburi şəkildə Quran oxunması haqqında qanun da qəbul edilib. Əyalətdə şəriət qaydaları 2005-ci ildən tədbiq edilir. Bununla da mərkəzi hakimiyyətlə Açex əyaləti separatçıları arasında 30 illik vətəndaş müharibəsinə son qoyulub. Buna qədər əyalət müstəqil dövlət olmaq uğrunda mübarizə aparırdı.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












