Qazaxıstanla Azərbaycan arasında təyyarə reyslərinin qiyməti artırılır

“Air Astana” aviaşirkəti Qazaxıstanın milli valyutası tengenin devalvasiya ilə əlaqədar biletlərin qiymətini qaldırır. “Air Astana”dan “Report”a verilən məlumata görə, milli valyutanın üzən məzənnəyə keçməsi ilə əlaqədar avqustun 22-dən etibarən beynəlxalq reyslərin tarifləri 25%-dən başlayaraq artacaq. “Bildiyiniz kimi, dünya aviasənayesi bütün əməliyyatları əsasən ABŞ dolları ilə həyata keçirir. “Air Astana” da gəlirinin əsas hissəsini tengedə aldığından şirkət öz dollar öhdəliklərini ödəmək üçün tarifləri artırmaq məcburiyyətindədir”, - şirkətdən qeyd ediblər. “Air Astana”dan bildiriblər ki, bu qiymət artımı tam olaraq şirkətin xərclərini ödəməyəcək, bu səbəbdən digər müvafiq ölçülər də götürüləcək.
Qeyd edək ki, “Air Astana” Astana və Almatı şəhərlərindən Bakıya mütəmadi aviareyslər həyata keçirir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












