Qərb rayonlarına tez-tez səfər edənlərə xoş xəbər

Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Muğanlı-Yevlax hissəsinin yenidənqurulması layihəsi çərçivəsində aparılan işlər yekunlaşmaq üzrədir. Avtosfer.az xəbər verir ki, bu barədə "Azəryolservis"-in mətbuat xidmətindən məlumat verilib. Yenidənqurma işləri Muğanlı-Yevlax yolunun 0-8.4 və 38-145-ci kilometrlik hissələrində aparılıb. Əsaslı şəkildə yenidən qurulan yol iki hərəkət zolaqlı olmaqla ümumi uzunluğu 115.15 kilometr, yol yatağının eni 12,5 metr, hərəkət hissəsinin eni isə 7.5 metrdir. Yaşayış məntəqələrində yol yatağının eni bir az dalaraq 10.5 metr təşkil edir. Layihə çərçivəsində yenidən qurulan Muğanlı-Yevlax yolunda yeni asfalt-beton örtüyünün döşənməsi işləri, demək olar ki, tam icra olunub. Cəmi 8 min kvadrat metr ərazinin asfaltlanması qalıb ki, bu işlər də yaxın günlərdə yekunlaşdırılacaq. Nəqliyyat Nazirliyi və "Azəryolservis" ASC rəhbərliklərinin nəzarəti altında ümumilikdə indiyə qədər əsaslı şəkildə yenidən qurulan avtomobil yolunda 263 ədəd suötürücü boru qoyulub, 16 min poqon-metr əyrixətli tirdən 15 min metri quraşdırılıb, qurulmalı olan 41 avtobus dayanacağından 27-i artıq hazırdır, yanaşma yolları üzrə 53 yol birləşməsindən 49-u tam hazır vəziyyətə gətirilib. Bundan başqa, Muğanlı-Yevlax avtomobil yolunun yenidənqurulması layihəsi çərçivəsində yol boyu 6 mövcud körpüdən 5-i sökülərək yenidən tikilməli, biri isə əsaslı təmir edilməli idi. Artıq həmin körpülərdən 4-də inşaat işləri tam olaraq yekunlaşdırılıb. Ümumilikdə sözügedən layihənin bu günə olan fiziki tərəqqisi 96 faiz təşkil edir.
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO












