Qeyri-müntəzəm sərnişin daşımaları da lisenziyalaşdırılacaq

Azərbaycanda "Avtomobil nəqliyyatı haqqında" qanuna dəyişikliklərin edilməsi ilə bağlı qanun layihəsi Milli Məclisin İqtisadi siyasət Komitəsinin bugün keçirilən iclasında müzakirə olunaraq parlamentin plenar iclasına tövsiyə olunub.
Avtosfer.az xəbər verir ki, nəqliyyat nazirinin müavini Musa Pənahov bildirib ki, burada əsasən 3 əsas istiqamətdə dəyişikliklərdən söhbət gedir: "Birincisi, avtovağzalların pasportlaşdırılması üçün müəyyən rüsumun tətbiqi əsas dəyişikliklərdəndir. Əvvəllər qanunda belə bir rüsum qeyd olunmamışdı. Lakin bu rüsumun həcmi yeni qanunda əksini tapmayıb. Onun həcmi daha sonra, ayrıca açıqlanacaq".
"İkincisi, qeyri-müntəzəm sərnişindaşımalarla məşğul olanların da lisenziyalaşdırılması tələb olunacaq. Üçüncü dəyişiklik isə texniki-təminat məsələsinin lisenziyalaşdırılması və tənzimlənməsi ilə bağlıdır. Hazırda çoxlu texniki-təminat müəssisələri var ki, onların lisenziyalaşdırılması da son nəticədə daşımaların təhlükəsizliyinin təminatına xidmət edir", - deyə M.Pənahov bildirib.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












