Qəzaya düşən sərnişinlərə də sığorta ödənişi ediləcək - Azərbaycanda

Maliyyə Nazirliyinin Kollegiyası “Sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta şəhadətnaməsinin forması, çap olunması və doldurulması Qaydaları”na dəyişiklik edib. Avtosfer.az APA-ya istinadən xəbər verir ki, dəyişiklik ictimai nəqliyyatda qəzalar zamanı sərnişinlərin xəsarət alması ilə bağlıdır. Nəqliyyat vasitəsi sərnişin daşıma xidmətini yerinə yetməsi ilə əlaqədar hərəkətdə olarkən və ya bu məqsədlə dayanacaqlarda (hava limanlarında, dəniz, dəmiryolu və ya avtobus vağzallarında, stansiyalarında, platformalarında və ya körpülərində) olarkən sığorta olunmuş sərnişinin nəqliyyat vasitəsində olduğu müddət ərzində sığorta risklərinin baş verməsi, yəni nəqliyyat vasitəsinin istismarı ilə əlaqədar sərnişinin bədən üzvlərinin, toxumalarının zədələnməsi nəticəsində yüngül və ya ağır xəsarət alması, əmək qabiliyyətini tam və ya qismən itirməsi, yaxud ölməsi faktı sığorta hadisəsi hesab edilib. Dəyişikliyə əsasən, sərnişinin az ağır xəsarət alması da sığorta hadisəsi hesab ediləcək.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












