Qubaya gedən sürücülərə şad xəbər – Yol hazırdır

Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun “Avtovağzal dairəsi” adlanan ərazisinin “Bakı Dairəvi-1” avtomobil yoluna birləşdirilməsi məqsədilə inşa edilən yeni yolda təmir-tikinti işləri artıq yekunlaşıb. “Azəryolservis” ASC-dən Avtosfer.az-a verilən məlumata görə, yaxın günlərdə yol tam olaraq sürücülərin ixtiyarına veriləcək. İnşasına 2014-cü ilin sentyabr ayında başlanılan yolun ümumi uzunluğu 1 070 metrdir. Yolun körpüyə qədər 618,7 metrlik hissəsinin eni 22 metrdir və 4 hərəkət zolağından ibarətdir. 15 aşırımdan ibarət körpünün uzunluğu 451,3 metr, eni isə 13 metrdir. Yol kənarlarında 2,5 metr enində səki salınıb, bir metr enində ayrıcı zolaqlar qurulub. Estakada üzərində məhəccərlər quraşdırılıb, təkərqaytaranlar monolit-betonla tökülüb.
Bundan əlavə, Stend Atıcılığı idman kompleksinə gedən yol da tam hazır vəziyyətdədir. Artıq yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yolgöstərici xətlərin rənglənməsi işləri bitib. Uzunluğu 1354,5 metr, eni isə 21,5 metr olan yolun inşasına isə 2014-cü ilin iyun ayında başlanılıb.
Qeyd edək ki, bu yollar tam olaraq istifadəyə verildikdən sonra Beynəlxalq Avtovağzaldan Qazax-Gürcüstan və Ələt-Astara-İran sərhədi, həmçinin Hacıqabul-Horadiz istiqamətində sərnişin daşıyan avtobuslar, o cümlədən Sumqayıt istiqamətindən gələn nəqliyyat vasitələri birbaşa Respublika Stend Atıcılığı İdman Kompleksinə və “Bakı Dairəvi-1” avtomobil yoluna rahat və maneəsiz şəkildə çıxa biləcəklər.
“Azəryolservis” ASC tərəfindən Biləcəri enişindən Beynəlxalq Avtovağzal ərazisinə qədər təqribən 400 metrlik giriş yolunda və dairədə aparılan təmir-tikinti işləri də başa çatıb. Biləcəri enişindən dairəyə doğru olan mövcud 11 metr enində yol genişləndirilərək 22 metrə çatdırılıb. Sözügedən ərazidə yolayrıcıları inşa edilib, işıq dirəkləri quraşdırılıb, yolboyu səki daşları düzülüb, səkilərə tamet daşlar döşənib, abadlıq işləri aparılıb. Bundan başqa səth sularının normal axıdılması üçün yağış-kanalizasiya sistemi qurulub, yağış barmaqlıqları yerləşdirilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırılıb, baxış qapaqları yeniləri ilə əvəzlənib. Ümumilikdə yola 27 min kvadrat metr asfalt-beton örtüyü döşənib.
Beynəlxalq Avtovağzalın qarşısında yerləşən yol ötürücüsünün alt hissəsində də yenidənqurma işləri həyata keçirilib.
Emin
Sıxlığı azaltmaq üçün M2 avtobuslarında ödəniş aparatlarının sayı artırılıb - VİDEO
Bakı metrosunda tarixi yenilik: "Avtovağzal"dan bütün stansiyalara getmək mümkün olacaq
Şəhərlərdə əlçatanlıq necə təmin olunmalıdır? – Ekspert AÇIQLADI
Bakıda yeni metro stansiyası: 28-ci stansiyanın detalları AÇIQLANDI - VİDEO
Avtobusla gedənlərə ŞAD XƏBƏR: Yeni üstünlük gəldi - FOTO
Orta əsrlərdən qalma dünya xəritəsi dəyişdirilir
Qatar parkında böyük yenilənmə: Azərbaycan hansı addımları atır? – EKSPERT
Dəmir yolunun təhlükəsizliyinə nəzarət edən “ağıllı” qatar – FOTOLAR - VİDEO
Azərbaycanda yeni cərimələr TƏSDİQLƏNDİ
Maşınlara quraşdırılan bu nişanın mənasını bilirsiniz? - DİQQƏTLİ OLUN!
Bakıda bu avtobusda qiymət 65 qəpik oldu - FOTOLAR














