Rayon camaatını Bakının mərkəzinə bu avtobuslar gətirəcək - FOTO

Sentyabrın 15-dən etibarən rayonlardan gələn minik və yük avtomobillərinin Bakı şəhərinə girişinə məhdudiyyətlər qoyulması ilə əlaqədar Şimal və cənub istiqamətində rayonlardan paytaxta gələn rayon avtomobillər üçün müvəqqəti duracaq yerləri ayrılıb. Nəqliyyat Nazirliyindən verilən məlumata görə, nazirlik vətəndaşların rahatlığını təmin etmək məqsədilə operativ tədbirlər planı həyata keçirib. Avtomobilini duracaq yerində park edən sürücü və vətəndaşlar Nəqliyyat Nazirliyi tərəfindən ayrılan xüsusi marşrut avtobusları ilə rahat şəkildə vaxt itirmədən şəhər mərkəzinə gələ biləcəklər. Şimal istiqamətindəki duracaqdan - Qafqaz universiteti yaxınlığından “20 Yanvar” metro stansiyasına kimi 203 saylı marşrut avtobusu xəttə buraxılacaq. Eyni zamanda 135 və 199 saylı marşrut avtobusları Qafqaz universitetinin yaxınlığından keçdikləri üçün vətəndaşlar 135 saylı avtobusla Memar Əcəmi m/s-na və 199 saylı avtobusla Xətai prospektinə gedə biləcəklər.
Cənub istiqamətində yerləşən duracaq yerindən isə vətəndaşların şəhərə gəlməsi üçün 206 saylı marşrut avtobusu ayrılıb. 206 saylı avtobus Salyan şossesində yerləşən duracaq yerindən Lökbatan dairəsi - Dairəvi Yol - "Elmlər Akademiyası" m/s-nı keçməklə hərəkət edəcək. Həmçinin bu istiqamətdə 195 və 197 saylı marşrut avtobusları da fəaliyyət göstərir ki, vətəndaşlar 20-ci sahə adlanan əraziyə kimi bu da avtobuslardan istifadə edə bilərlər. Adı qeyd olunan marşrut avtobusları 14 sentyabr tarixindən vətəndaşlara xidmət göstərəcək.
Nurlan
"20 Yanvar" dairəsində yenilik olacaq - VİDEO
Prezident onları təltif etdi - ADLAR
Bakıda yeni svetoforlar quraşdırıldı - VİDEO
Yeni radar sistemi hazırlandı: Saniyədə 18 dəfə ölçmə aparır – VİDEO
Baş nazir duracaqlarla bağlı QƏRAR İMZALADI
Bakıda kanatla sərnişindaşıma olacaq - VİDEO
Bülbül prospektinin daha bir hissəsində velosiped zolağı çəkildi - FOTOLAR
Masallıda 2 kəndin yolu yeniləndi - VİDEO
Binəqədi rayonunda svetoforların vaxt planı dəyişdirildi - FOTO
Yeni Yasamaldan Kənar Dairəvi yola birbaşa çıxış olacaq - Tunel tikiləcək - VİDEO
Bu yolda işıqfor quraşdırıldı - FOTO - VİDEO














