Riqadan Bakıya yeni elektrik qatarları gətirilib

Yaxın gələcəkdə Keşlə dəmir yolu stansiyasından Yalama dəmiryol stansiyasına qatarların hərəkəti bərpa olunacaq.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib.
Onun sözlərinə görə, Keşlə-Yalama dəmiryolu qatarının bərpası üçün Riqadan yeni elektrik qatarları gətiriləcək.
"Riqadan ümumilikdə beş elektrik qatarı alınmalıdır. Qatarların hər biri dörd vaqondan ibarətdir. Hazırda üç elektrik qatarı alınıb, ikisi isə qalıb. İndi alınan qatarlar üzərində texniki baxış, sınaq işləri aparılır. Bu istiqamətdə qatarların hərəkətinin yenidən bərpası Bakı-Sumqayıt qatarı işə düşdükdən sonra müəyyənləşəcək, yəni bundan sonra qatarların dəqiq hansı istiqamətdə hərəkət edəcəkləri dəqiqləşdiriləcək. Keşlə-Yalama istiqamətində tariflərdə isə dəyişiklik gözlənilmir", - N.Əzməmmədov bildirib. Qeyd edək ki, hazırda Yalama dəmiryolu qatarı Şabrana qədər gedir və həmin qatradan yalnız dəmiryol işçiləri istifadə edir.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












