Rusiya şirkəti Azərbaycana elektrovozlar göndərəcək

Rusiyanın “Transmaşholdinq” şirkəti Azərbaycana lokomotivlər göndərəcəyinə ümid edir. Avtosfer.az Azərtac-a istinadən xəbər veror ki, bu barədə şirkətin baş direktoru Kiril Lipa “EKSPO 1520” dəmir yolu salonu çərçivəsində məlumat verib. O bildirib ki, şirkət Azərbaycana lokomotivlər, o cümlədən EP20 elektrovozu göndərməyi planlaşdırır. K.Lipa deyib: “Söhbət 8 vahiddən 12 vahidədək həcmdən gedir”.
“Transmaşholdinq” Rusiyanın nəqliyyat maşınqayırması sahəsində ən iri şirkətidir. Müəssisə magistral və sənaye elektrovozları, manevrli teplovozlar, yük, sərnişin, elektrik və metro vaqonları istehsal edir.
EP20 elektrovozu “Transmaşholdinq”in Fransanın “Alston” şirkəti ilə “Texnoloqii relsovoqo transporta” müştərək müəssisəsi çərçivəsində bu şirkətin bir sıra texniki həllərindən istifadə etməklə layihələndirdiyi iki sistemdən ibarət sərnişin sürət elektrovozudur.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












