Saatda 140-la düz Gəncəyə - VİDEO

Gələcəkdə qatarların sürət həddinin artırılması nəzərdə tutulur. Avtosfer.az anstv-yə istinadən xəbər verir ki, yaxın gələcəkdə Bakı və Gəncə arasında dəmir yollarında qatarların hərəkət sürətinin artırılması planlaşdırılır. “Dəmiryolları” Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirdi ki, qatarların hərəkət sürəti aşağı olduğundan xeyli vaxt itki yaranır. Bu isə sərnişinlər üçün də müəyyən problem yaradır. Bunu nəzərə alaraq “Dəmiryolları” QSC Bakı və Gəncə arasında insanların daşınmasını təqribən 5 saata endirməyi planlaşdırır. Belə olan halda isə qatarların saatda sürət həddinin artırılmasını bildirir.
Nadir Əzməmədov deyir ki, dəmir yollarında təmir işləri aparılır və elektrik xətləri yenilənir. Bu işlər bitdikdən sonra qatarların pultla idarə edilməsi sisteminə keçirilməsi gözlənilir. Bu zaman saatda 80-90 sürətlə gedən qatarların sürəti 140-a qalxacaq.
Hazırda isə Bakıdan Gürcüstan sərhədlərinə qədər də dəmir yolunun təmir işləri aparılır. İşlər 1 il - il yarıma başa çatacaq. Məqsəd Bakı-Böyük Kəsik yolunda qatarların sürətini artırmaqdır.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












