Salyanda yarımçıq qalmış körpünün tikintisi davam etdirilir - VİDEO

Kür çayı üzərində inşa edilən, lakin tikintisi yarımçıq qalmış körpü yenidən tikilir. APA TV-nin məlumatına görə, körpü Salyan şəhəri ilə Babazənan yaşayış massivini birləşdirəcək. Tikinti işlərinin bu ilin axırına başa çatdırılması nəzərdə tutulur. Əraziyə müxtəlif təyinatlı texnikalar və 20 nəfərdən çox işçi qüvvəsi cəlb edilib. Həmin ərazidə gələcək daşqınların qarşısını almaq məqsədilə uzunluğu 250 metr olan bənddə sahilbərkitmə işləri aparılır. Uzunluğu 24 metr olan dəmir-beton tirlərlə körpünün axırıncı aşırımı quraşdırılır.
Uzun müddətdir ki, yaşayış massivinin əhalisi çayı qayıqla keçir, ya da dolayı yolla uzun məsafə qət etməli olurlar. Bu, həm təhlükəli, həm də əlavə vaxt itkisidir. Körpü hazır olduqdan sonra 7 minlik əhalisi olan Babazənan yaşayış massivinin sakinlərinin problemlərinə birdəfəlik son qoyulacaq.
Layihəyə əsasən, yeni tikilən körpünün uzunluğu 216 metr, eni isə 14,5 metrdir. Hər iki tərəfdən eni 1,5 metr olan piyadalar üçün gediş-gəliş zolağı da nəzərdə tutulub.
Bakıda tıxacları azaldacaq yeni yolun tikintisində SON DURUM
İlham Əliyev SƏRƏNCAM İMZALADI - FOTO
Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələr verildi - SƏRƏNCAM
Bakıda “Heetch Az” taksi sifarişi xidməti fəaliyyətə başlayıb - FOTO
Bu halda sürücülük vəsiqəsi pulsuz dəyişdiriləcək
Sahil Babayevin səlahiyyəti artırıldı - Baş nazirdən qərar
Bakıda bu avtobuslar YENİLƏNİR
Taksi sürücüləri üçün vergi qaydaları dəyişir
Azərbaycanda Aİ-92 benzini və dizellə bağlı YENİ QAYDA
Kuryerlər aylıq 15 manat vergi ödəyəcək
Metro və avtobuslarda hər dördüncü gediş 1 qəpik olacaq












